Sahibkarların Pulunu Mənimsəyən Zakir Fərəcovun Yeni Bəhanəsi: “Məni Işdən Çıxaracaqlar”

154

Sahibkarların Pulunu Mənimsəyən Zakir Fərəcovun Yeni Bəhanəsi: “Məni Işdən Çıxaracaqlar”

 

Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş balanslı xarici siyasətin nəticəsidir. İlham Əliyev xarici siyasətlə yanaşı daxili siyasəti də düşünülmüş şəkildə aparır. Cənab Prezident hər daim islahatlar aparır. Ölkədə aparılan konseptual və sturuktur xarakteri daşıyan islahatların məqsədi tam şəffaf bir cəmiyyət yaratmaq və qeyri-şəffaf gəlirlərin və işlərin qarşısını almaq üçündür.
Amma əfsuslar olsun ki, hazırki dövürdə qeyri-şəffaf gəlirləri ilə öyünən məmurlar meydan sulamağa davam edir, bu “şücaəti” ilə öyünürlər. Onları ölkədəki islahatlara ləkə salmağa vadar edən amil nədir? Maraqlıdır, sabotajla məşğul olan məmurların “arxaları” kimlərdir?
Yaxın keçmişə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev tərəfindən bir neçə icra başçısı vəzifəsindən azad edildi. Kimisi evinə “istirahətə” göndərildi, kimisi də məsuliyyətə cəlb olundu. Elə İlham Əliyevin dedi kimi “Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür”. Prezidentimiz daha bir çıxışında onların iqtidara ləkə olduğunu vurğulmışdı. Çox təssüf hissi ilə bildirmək istəyirəm ki, günümüzdə iqtidara ləkə olan icra başçılarından hələ də var və bəziləri hələ də öz qanunsuz əməllərini davam etdirirlər.
Qanunsuz əməllərin sahiblərindən biri də Zakir Fərəcovdur. Onun hansı şəhərin “meri” olduğu hər kəsə məlumdur. “Hörmətli mer” bir qrup sahibkarı sözün əsl mənasında süründürür. Cənab Prezident İlham Əliyevin sahibkarlara bu qədər şərait yaratdığı dövrdə hansısa icra başçısının bu əməlinə nə ad vermək olar? Mən ad verə bilmdəim, hörmətli oxucular. Bunun şərhini sizin öhdənizə buraxıram.
Xülasə. Keçək əsas məsələyə. Artıq uzun müddətdir ki, bir qrup sahibkar müxtəlif media orqanları və dövlət qurumlarına Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar. Amma İcra Hakimiyyətinin başçısı iş adamlarına heç bir borclarının olmadığını iddia edir.
Bəs görəsən heç bir borcunun olmadığını iddia edən Fərəcov nəyə görə, əsas gətirmir və ya gətirə bilmir? Dəlil olmayan yerdə onu ortaya qoymaq mümkün deyil. Fərəcov tərəfindən aldadılan sahibkarlar gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Onlar iddia edir ki, dəfələrlə Prezident Admnistrasiyasında olublar və onlar məsələni araşdıracaqlarına söz veriblər.
“Biz bütün sənədləri təqdim etmişik. Zakir Fərəcovun bizə qarşı etdiyi qanunazidd hərəkətlərini əks etdirən dəlil və sübutları da vermişik. Söz veriblər ki, məsələni müsbət şəkildə həll edəcəklər. Lakin görünən odur ki, Zakir Fərəcov heç kimdən çəkinmir. Əgər çəkinsəydi bu qədər qanunsuzluğa davam etməzdi”, – deyə sahibkarlardan biri qeyd edib.
Ən absurd nüans isə icra başçısının bu məsələdə proseslərdən ümumiyyətlə xəbəri olmayan müavinlərini önə keçirib özünün onların arxasında sanki gizlənmiş kimi etdiyi hərəkətdir.
Yuxarıda xatırlatdığım dəlil məsələsi indi yerinə düşür. Əlində dəlili olan başçı müavinlərini qabağa verib başını ağrıtmaq istəyərdimi? Əlbəttə ki, yox.
İş adamları əlavə edir ki, Zakir Fərəcov onlarla görüşündə dövlətin ona pul ayırmadığını, Sumqayıtda bütün işləri öz puluyla etdiyini deyib:
“Bizə maraqlıdır, əgər dövlət tərəfindən Sumqayıta pul ayrılmayıbsa, bu qədər bahalı layihələri Zakir Fərəcov hansı pulla əmələ gətirib? Təkcə, Dənizkənarı Bulvarın smeta dəyəri 100 milyon manata yaxındır. Bir icra başçısında bu qədər pul hardandır? Əgər bu qədər pulu varsa, şübhəsiz,
Fərəcov onu düzgün yollarla əldə etməyib. Aydın məsələdir ki, Zakir Fərəcov dövlətdən pul ayrılmaması ilə bağlı dedikləri ağ yalandır. Bu adam dediyim kimi, super yalançıdır. Hər cür dona girir ki, sahibkarların pulunu verməsin.
Sumqayıt bulvarının bütün işlərini biz görmüşük.
Amma sonradan məlum oldu ki, həmin işlər adı var, özü yox, həm də yaxın adamlarının adına yaradılmış şirkətlərin adına yazılıb. Məqsəd də ayrılmış pulu nağdlaşdırmaq idi və bunu da edib. Sonuncu belə əməliyyatlardan biri də Sumqayıt Bulvarının tikintisinə 3,7 milyon manat pulun ayrılmasıdır.
Həmin pul Zakir Fərəcovun müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına yaradılmış şirkətə köçürülüb. Fərəcov da həmin pulla oğluna Bulvarda “Paseydon” adlı restoran tikdirib. Bu adam o qədər arxayındır ki, oğlu prokuror olduğu halda və qanunla bizneslə məşğul olması qadağan edildiyi halda restoranı onun adına sənədləşdirib.
Sahibkarlardan pul yığılması, iş adamlarının pulunu kəsmək də bir ayrı məsələdir və onun əziyyətini çəkənlərdən biri də bizik”.
Yarım ilin içində 5 icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Onların nəyə görə həbs olunduğu heç kəsə sirr deyil. Köhnə həmkarlarının aqibətini gözünün önünə gətirməyən və ibrət almayan hazırki başçılar eyni taleyi bölüşəcəklər.
Zakir Fərəcov iş adamları ilə son görüşündə işindən çox narahat olduğunu ifadə edib.
“Zakir Fərəcov bizimlə son görüşündə iddia etdi ki, Birinci Xanım Mehriban Əliyevanın adamlarının ondan xoşu gəlmir və işdən çıxalırma ehtimalı yüksəkdir. Bunu bəhanə gətirərək yenə də bizi aldatmağa nail oldu. Biz artıq dərdimizi kimə deyəcəyimizi bilmirik. Bizə pulu Adil Xudadatov verəcəyini deyir. Zakir Fərəcovun məqsədi ayrılan pulu nağdlaşdırıb, özünə götürməkdir. Sahibkarları da Adilin əliylə yığdırdığı pullarla sakitləşdirib, işdən qazanclı çıxmağa çalışdığı göz önündədir”.
Bəs görəsən etimad göstərilən bəzi icra başçıları qatı rüşfətxora necə çevrilirlər? Yəni, insanlar, cəmiyyətlər, dövlətlər bir çox hallarda səhv edə-edə, lakin səhvləri təkrar etmədən irəliləyərək müəyyən olunmuş hədəflərə yetişiblər. Amma Zakir Fərəcov kimi icra başçısı bu cür səhvləri təkrarlayaraq xalqı və onun sahibkarını incitməyə müvvəq olurlar. Müstəqillik dönəmində Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar bir çox sahədə inkişafa təkan verdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən torpaq islahatı, kolxoz və sovxozların islahatı buna bariz misal ola bilər. Amma baş verən bəzi süründürməçiliklər hələ də islahatlara ehtiyac olduğuna dəlalət edir. Dünya gör-götür dünyasıdır. Kimdə və harada yaxşı nə varsa, onu əxz etmək gərəkdir.

cumhuriyyet.net