Təbii fəlakətlərdən zərərçəkənlər hələdə ziyan çəkir – YENİLƏNİB

294

Təbii fəlakətlərdən zərərçəkənlər hələdə ziyan çəkir – YENİLƏNİB

Redaksiyamıza daxil olan məlumata əsasən V.Qasımli qeyd edir ki, Ənvər Seyidəliyev illərdir ki, götürdüyü pulu geri qaytarmır. Ağsu rayonunda baş verən zəlzələdən sonra qohumları ondan xahiş edir ki, Ənvər Seyidəliyev onların da evini əsaslı təmir elətdirsin. Ənvər Seyidəliyev V.Qasımlıdan vətəndaşların evlərinin təmiri üçün, yəni, hər bir evin təmiri üçün 3000 manat, ümumilikdə 6000 manat pul alır.  Lakin, bir neçə gündən sonra Ənvər Seyidəliyev işdən azad edilir. O gün, bu gün V.Qasımlı Ənvər müəllimdən pulu geri ala bilmir.

***

2019-cu ilin fevral ayının 5-də və 6-da Ağsu şəhərində baş verən zəlzələdən zərərçəkən bəzi sakinlərin bu gün də gözləri yolda qalmaqdadır. Zəlzələdən zərər çəkmiş ərazilərdə vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması və bərpa işlərinin aparalıması ilə bağlı Cənab Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən görülməli olan işlər, hələdə bəzi sakinlər üçün həllini tapmayıb.
Sözü gedən rayon sakinlərindən redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, aidiyyatı üzrə rayon icra hakimiyyətinin rəhbərliyi dəymiş ziyanın dövlət tərəfindən kompensasiya edilməli olduğu sərəncama baxmayaraq, sakinlərdən “şirinlik” adı altında vəsaitlər toplamışdır və heç bir iş görülməmişdir. Redaksiyamıza daxil olan şikayət məktubunda məsələ üzrə adları çəkilən şəxslərin kimliklərini tərəfimizdən aparılacaq mətbuat araşdırması səbəbi ilə qeyd etmirik.
Bizi izləmədə qalın ətraflı araşdırmanın nəticələrini sizə təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini tanıyırıq.