Şirvan bölgəsini iflic edən fırıldaqçı falçı “axund” Əvəz? – FAKT

995

Şirvan bölgəsini iflic edən fırıldaqçı falçı “axund” Əvəz? FAKT

El arasında bir söz var: fala inanma, falsız da qalma. Falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb.

Hər falçının da öz üslubu, öz tərzi var. Kimi kartla fala baxır, kimi kitab açır, kimi şəkər tozu ilə, kimi su ilə, kimi qəhvə ilə, kimi də əlin içindəki naxışlara baxaraq… Kim bilir, hələ bu çeşidlərə daha neçəsi əlavə ediləcək.

Falçı heç vaxt ondan imdad gözləyən şəxsə acı proqnoz söyləməz, çünki qapısına gəlmiş müştərini itirməkdən qorxar. Olmayan iş üçün gəlsələr belə, yenə bir ümid qapısı uydurar, təsəlli verməyə, onları özünə bağlamağa çalışar. Dərdli adam, əlbəttə, bu cür münasibətdən xoşhal olar, bəlkə də, falçının söylədiyinin yalan olduğunu bilə-bilə o yalana inanmaq, aldanmaq, ovunmaq istər. İnsan bir ümidini itirməmək üçün 30-50 manatı gözüyumulu verir. Amma indi heç 30-50 manatın üzünə baxan da yoxdur. Qiymətlər çox-çox yüksəklərdə oynayır.

Söhbət kimdən getdiyini sizi məlumatlandırım, Şirvan şəhərində yerləşən“Göy məscid”in axundu Əvəz adlı şəxs camaatı aldadaraq özünə dəbdəbəli həyat qurub. Onun yanına nəinki ətraf rayonlardan, hətta paytaxtdan belə gedənlər var. “Axund” Əvəz haqqında məlumat aldıqdan sonra, journalist aparmaqdan ötrü deyilən məkana ezam olunduq. Dedikləri ünvana çatdıqdan sonra hər şeyi öz gözümüz və qulağımızla şahidi olduq. Göy məscidin qarşısında bir çox insanlar toplaşmışdı. Yaxınlaşaraq hal-əhval tutduqdan sonra mətləbə keçdik. Həmsöhbət olduğumuz xanımlardan biri Əvəz haqqında ətraflı məlumat verdi,  belə çıxır ki, xanım birinci dəfə deyil bu ünvana gəlir və “axund” Əvəzin fırıldaqlarına inanıb. Əlqərəz, sən demə “axund” Əvəz ehtiyatını tədbirli görürmüş, tanımadığı adama və ya tapşırıqla gönədrilməyən adamlara “kitab” açmırmış. Nəhayət ki, əməkdaşlarımızdan birini “axund” Əvəzin qəbuluna sala bildik, lakin tanımadığı üçün fala baxmağı imtina etdi. Bildirdi ki, Şəhər Polis Şöbəsindən gəlirəm, rəis tapşırıb ki, fəaliyyətini müvəqqəti olaraq dayandır. Ona görə sizin falınıza baxa bilmərəm.

Əziz oxucular belə məkanlara xüsusilə də, avam camaat, problem olan insanlar son pənah yeri kimi falçıların yanına gedərək onlardan problemlərinin hər hansı yolla (cadü-əməl) olursa-olsun həllini istəyirlər. Vəziyyətdən istifadə edən falçı “axund” Əvəz  onlardan külli miqdarda pul qoparır. “axund” Əvəz  də bundan sui-istifadə edərək camaatı aldadaraq onların hisslərini özünə ram edib, əllərində olan pullarını alır. Bu azmış kimi zalım oğlu elə-bil psixoloqdu, hər gələni seanslara yazır ki, hər dəfəsində pullarını alsın.

Hadisənin əsas problemli tərəfi odur ki, hələ də falçılara inanan insanlarımız çoxdur. Hətta artıq probleminin falçı, “molla” tərəfindən həll olunacağına mütləq inanan insanlar da var. Belə olmasa idi, falçılıq fəaliyyəti ilə məşğul olanların da sayı azalardı. Təxmini hesablamara görə, il ərzində ölkəmizdə on milyonlarla manat məhz falçı, ekstrasens, cadugərlərə xərclənir. Elə falçıların qəbullarına düşmək üçün də ödəniləcək vəsaitlərin az olmadığı açıqca görünür. Halbuki, qanunla nəzərdə tutulan cəza, mütəxəssislərin “inanmayın” tövsiyəsi, dinin “haramdır” çağırışı aldananlara çoxdan dərs olmalı idi. Problem burasındadır ki, falçıların əməlləri ilə bağlı qanunla müəyyən olunmuş cəza növləri olsa da, bu, yalnız cinayət baş verdikdən sonra tətbiq edilir. Onların fəaliyyətinin motivi adətən insanları aldatmaq, müvafiq qabiliyyətlərinin olmadığı halda fırıldaq yolu ilə vətəndaşların əmlak hüquqlarını ələ keçirməkdir. Bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq əməli kimi dəyərləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, falçılar tərəfindən aldadıldığını düşünənlər mütləq hüquq-mühafizə orqanlarına müaciət etməlidirlər.

Görəsən Şirvan Şəhər Polis Bölməsinin rəisi falçı “axund” Əvəzə niyə himəyadarlıq edir? Niyə hüquq-mühafizə orqanları bu dələduzluqla məşğul olan şəxs barəsində cinayət açılmır. Bu adamı kimlər himayə edir?

Davamı var… Bizi izləyin.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

PS. Falçı “axund” Əvəzdən daha şok faktlarla sizi tanış edəcəyik. Səs və video görüntüləri sizə təqdim edəcəyik

Bizi izləyin.

Beynelxalqinformasiyaagentliyi.az