Sumqayıt Çörək Zavodunun rəhbəri Tofiq Hüseynli – ETİBARLI OLMAĞIN TƏK ÜNVANI

446

Sumqayıt Çörək Zavodunun rəhbəri Tofiq Hüseynli – ETİBARLI OLMAĞIN TƏK ÜNVANI

Sumqayıt Çörək Zavodunun inkişaf yolu – keyfiyyətli məhsul, məmnun müştəri.

Son 3-4 ilə qədər Azərbaycan çörəkbişirmə sənayesinin aparıcı qüvvəsi kiçik və orta sahibkarlığı təmsil edən kiçik çörək sexləri olub. Ancaq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə Bakı və Sumqayıt şəhərində dövlətin dəstəyi ilə iri çörəkbişirmə müəssisələri açılıb.

Bu kimi çərək zavodlarından biri də ölkədə birincilər sırasında olan Sumqayıt Çörək Zavodudur.

Çörək istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Azərbaycanda brendə çevrilən bir neçə çörək zavodu vardır ki, onlardan birincisi Sumqayıt Çörək Zavodudur. İllərlə mövcudluğunun qeyd edən bu çörək zavodu bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. Sumqayıt Çörək Zavodu markası ilə müştərilərinin ağız dadını tutan çörək məhsulları bu gün ancaq ciblərini doldurmaqla məşğul olan müəmmalı şəraitlərdə “halal” adı ilə bazara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını almaqda böyük inqilab etdi. Bu da onu göstərir ki, Sumqayıt Çörək Zavodunun rəhbəri Tofiq müəllimin zavodda yaratdığı səliqə-səhman, gigiyenik qaydalara yüksək səviyyədə riayət etməsidir.

Son illərdə dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, özəl bölmənin iqtisadi inkişafda rolunun artmasına səbəb olmuş və faktiki olaraq sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizi keçmişdir. Məhz sahibkarlığın inkişafına yönəldilən kompleks və sistemli tədbirlər yerli ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələrin inkişafına təkan vermişdir.

İlk öncə bildirmək istəyirəm ki, Sumqayıt Çörək Zavodu məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamışdır. Keçən vaxt ərzində çörək istehsalında böyük təcrübə toplamış və yüksək keyfiyyətli məhsulla alıcıların etibarını qazana bilmişdir.

Biz çalışmışıq ki, istehsal etdiyimiz çörək və un məhsulları öz stabil və dəyişməz keyfiyyəti, dadı və faydalılığı ilə seçilsin. Biz elə bir istehlakçı tanımırıq ki, bir dəfə məhsulumuzu dadsın və sonra ondan imtina etsin. Məhz buna görə də alıcılarımızın sayı getdikcə artır və Sumqayıt Çörək Zavodu imici dəyişməz olaraq qalır.

Bizim məqsədimiz sadəcə olaraq keyfiyyətli məhsul istehsal etmək deyil. Əsas məqsədimiz məhsulun keyfiyyətini daim sabit saxlamaq, keyfiyyət stabilliyini möhkəmləndirmək və məhsullarımızın təhlükəsizliyini daha da yüksəltməkdir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, əldə etdiyimiz nailiyyətlərin səbəbi, heç şübhəsiz ölkədə iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatların, əlverişli biznes mühitinin yaradılmasının, sahibkarların istək və təkliflərinə həssas yanaşmanın, sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir.

Çörək xalqımız üçün müqəddəs bir nemətdir. Xalqımız hər zaman çörəyi uca tutmuşdur. Elə məhz bu səbəbdəndir ki, xalqımız çörək istehsalı edən müəssisələrə də xüsusi bir rəğbət hissi ilə yanaşırlar.

Biz media nümayəndələri olaraq Sumqayıt Çörək Zavodunun fəaliyyətinə, başda çörək zavodunun rəhbəri Tofiq müəllim olmaqla bütün kollektivinə bu müqəddəs işlərində uğurlar arzulayırıq.

Zərur giriş: Zəhmətiniz, ağıl və bacarığınızla Çörək zavodunda fəhləlikdən şəhərin ən böyük kollektivlərindən olan Çörək-Qənnadı Kombinatının və “Sumqayıt Çörək” ASC-nin direktoru vəzifələrinə yüksəlmisiniz. Şəhər sakinlərinin hörmət və etimadını  qazandığınız üçün 2000-ci il noyabrın 5-də II çağırış Milli Məclisin üzvü seçilmisiniz. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Əmək” ordeni ilə təltif olunmusunuz. Rəhbərlik etdiyiniz kollektivdə indiyədək yüzlərlə qaçqın, məcburi köçkün, şəhid, qazi, əlil ailəsininin üzvlərinin işlə təminatına, maddi problemlərinin həllinə yardımçı olmusunuz. Müəssisənin qarşısında ölkəmizdə ilk şəhid abidələrindən birinin ucaldılması da Sizin millət, xalq sevginizin, dövlətçiliyə sədaqətinizin bariz təcəssümüdür.

 

Şahmar Zərdabi

Baş redaktor