“Ölülər” pyesindəki Kefli İsgəndərlə Sabirabadın Nəsimi kəndində yaşayan Molla Fərhadla nə birləşdirir?

395

“Ölülər” pyesindəki Kefli İsgəndərlə Sabirabadın Nəsimi kəndində yaşayan Molla Fərhadla nə birləşdirir?

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 1919-cu ildə yazdığı “Ölülər” əsərində camaatın cahilliyi, elmsizliyi tənqid olunur. Əsərin baş qəhrəmanı Kefli İsgəndər Şeyx Nəsrullahın “ölü diriltmə” yalanına inanmır, onu ifşa edir. Cəlil Məmmədquluzadə Şeyx Nəsrullah obrazı vasitəsilə fırıldaqçı insanları tənqid edib, Kefli İsgəndər obrazı ilə camaatı cahillikdən oyatmaq üçün şüarlarını oxuyucuya çatdırıb.

Şeyx Nəsrullah kimi zəmanəsinin fırıldaqçı mollalarının yalanlarına inanan avam insanlara “ölülər” deyən Kefli İsgəndər, sadəcə bir ədəbi qəhrəman deyil, Cəlil Məmmədquluzadənin real həyatdan götürdüyü obrazdır. Cəlil Məmmədquluzadə məqalə və xatirələrində Kefli İsgəndərin yüzlərlə ayrı-ayrı ziyalının ümumiləşmiş obrazı olduğunu bildirib. Lakin Kefli İsgəndər obrazının real prototipləri barədə müxtəlif versiyalar var. Onlardan biri Kefli İsgəndərin prototipinin Sabirabad rayonunun Nəsimi kəndində yaşayan Molla Fərhaddan götürülməsi versiyasıdır.

Keçək mövzunun əsas tərəfinə: – Deməli, bu yaxınlarda Sabirabad rayonunun Nəsimi kənd sakini uşağı xəstə olduğundan Allaha pənah aparmaqdan ötrü üz tutur kəndin mollasına. Kəndin mollası Fərhadda vətəndaşın uşağının xəstə olmasından sui-istifadə edərək cızma-qara yazıb anaya verir ki, “get uşağın sağalacaq” deyərək müəyyən qədər pul vəsaiti alır. Günlər keçəndən sonra uşağın səhətində heç bir irəliləyiş görməyən ana birdən ayılır ki, uşağı xəstəxanada həkimə göstərmək lazım imiş, lakin ana yolunu səhv salıbmış. Molla Fərhaddan pulunu geri istəmiş, molla da buna etiraz etmişdir. Ana məcbur olub molla Fərhaddan hüquq-mühafizə orqanlarına şikayət edir. Deyilənlərə görə molla Fərhad Sabirabadda adlı-sanlı cadügərliklə məşğul olan mollardandı. Bu metodundan istifadə edərək hətta hüquq-mühafizə orqablarına da təzyiqlər göstərib. Bir sözlə molla Fərhad bölgədəki hər kəsə divan tutur öz əməlləriylə…

Bölgədə özünə camaatı aldadaraq dəbdəbəli həyat quran molla Fərhadın yanına nəinki ətraf rayonlardan, hətta paytaxtdan belə gedənlər var imiş. Mənbədən daxil olan məlumata əsasən molla Fərhad xüsusilə də qadınları aldatdığını bildirirlər, çünki xanımlar ən çox fala getməyi, fala baxdırmağı adət-ənənə halına çeviriblər.

Xüsusilə də, avam camaat, problem olan insanlar son pənah yeri kimi mollaların yanına gedərək onlardan problemlərinin hər hansı yolla (cadü-əməl) olursa-olsun həllini istəyirlər. Vəziyyətdən istifadə edən molla Fərhad onlardan külli miqdarda pul qoparır. Camaatı aldadaraq onların hisslərini özünə ram edib, əllərində olan pullarını alır. Bu azmış kimi zalım oğlu elə-bil psixoloqdu, hər gələni seanslara yazır ki, hər dəfəsində pullarını alsın.

Hadisənin əsas problemli tərəfi odur ki, hələ də mollalara inanan insanlarımız çoxdur. Hətta artıq probleminin falçı, “molla” tərəfindən həll olunacağına mütləq inanan insanlar da var. Belə olmasa idi, falçılıq fəaliyyəti ilə məşğul olanların da sayı azalardı. Təxmini hesablamara görə, il ərzində ölkəmizdə on milyonlarla manat məhz molla, falçı, ekstrasens, cadügərlərə xərclənir. Elə mollaların qəbullarına düşmək üçün də ödəniləcək vəsaitlərin az olmadığı açıqca görünür. Halbuki, qanunla nəzərdə tutulan cəza, mütəxəssislərin “inanmayın” tövsiyəsi, dinin “haramdır” çağırışı aldananlara çoxdan dərs olmalı idi. Problem burasındadır ki, falçıların əməlləri ilə bağlı qanunla müəyyən olunmuş cəza növləri olsa da, bu, yalnız cinayət baş verdikdən sonra tətbiq edilir. Onların fəaliyyətinin motivi adətən insanları aldatmaq, müvafiq qabiliyyətlərinin olmadığı halda fırıldaq yolu ilə vətəndaşların əmlak hüquqlarını ələ keçirməkdir. Bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq əməli kimi dəyərləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, falçılar tərəfindən aldadıldığını düşünənlər mütləq hüquq-mühafizə orqanlarına müaciət etməlidirlər.

Görəsən molla Fərhad haqqında cinayət işi açılıb, cəzasını çəkəcəkmi? Niyə bu dələduzluqla məşğul olan şəxs barəsində cinayət açılmır. Bu adamı kimlər himayə edir?

Davamı var… Bizi izləyin.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

  1. Molla Fərhad daha şok faktlarla sizi tanış edəcəyik. Bizi izləyin.