Qurban bayramı ilə əlaqədar iyun ayının müavinətləri vaxtından əvvəl ödənilib

98

Qurban bayramı ilə əlaqədar iyun ayının müavinətləri vaxtından əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.