Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov əkin sahələrinə qənim kəsilib

736

Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov əkin sahələrinə qənim kəsilib

Redaksiyamıza daxil olan məlumata əsasən Zərdab rayon sakini bildirir ki, “Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov qanunsuz əməllərlə məşğuldur. Əkin sahələri bərbad vəziyyətdədir, camaat susuz qalıb, Allaha dua edir ki, heç olmaya yağış yağsın, əkin sahələrini, ağacları  suvara bilsinlər. Bir nüansı da nəzərinizə çatdıraq ki, Əhliman Kərimov motor stansiyalarına əksəriyyətini də bir ailənin üzvüləri işə götürübdür. Əslində isə motorda cəmi 1 nəfər ailə başçsı işləyir, qalanlarının əmək haqqıları mənimsənilir.
Motor stansiyalarda və suvarma kanallarında Saxta təmir işləri adı altında xeyli dövlət vəsaiti oğurlanır. İşçilərin çoxunun yaşının yuxarı olmasına baxmayaraq, gənc kadrlar işə götürülmür.
Texnikalardan, xüsusilə ekskovatorlardan səmərəli istifadə olunmur və bu texnikaları idarə edən sürücülərinin idarə etmək üçün lazım sənədləri yoxdur. İdarədə karrupsiya hallarını sadalamaqla bitib tükənmir.

Bu faktlar bir tərəfə qalsın rayon camaatı, əsasəndə Şahhüseyn kənd sakinləri Əhliman Kərimovdan dad-aman edirlər. Hətta, aldığımız məlumata əsasən Əhliman Kərimov camaata etdiyi zülmə görə Zərdab rayon sakini o həddə çatıb ki, özünə intihara cəhd edib.
Buna görə də idarənin rəisi Əhliman Kərimovun fəaliyyətinin yoxlanılmasını zəruri hesab edirəm. O göstərilən etimadı Bütün aidiyyəti orqanlardan və buna göz yummamağı və mətbuatdan haqq səsimizi lazımı yerlərə çatdırmağı xahiş edirəm. araşdırma aparılsın və cinayətkarlar cəzalandırılsın!”
Qeyd: Əhliman Azad Oğlu Kərimovun rəhbərlik etdiyi idarəni kommersiya obyektinə çevirməsilə bağlı bundan öncə çalışdığı Kürdəmir rayon Mollakənd Mexaniki Suvarma İdarəsindən də şikayyət almışdıq. Maraqlıdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri Zaur Mikayılovun baş verən qanunsuzluqdan xəbəri varmı?
Digər tərəflə əlaqə yaratmağa çalışdıq ancaq cəhtlərimiz boşa çıxdı.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

Beynəlxalqinformasiyaagentliyi.az