“SAB” adı kimi dadı var REPORTAJ

159

Azərbaycanda qida sektorunda özünə məxsus yeri olan “SAB” şirkəti istehsal etdiyi məhsulları ilə qısa zamanda böyük nüfuza malik olub. SİA-nın verdiyi məlumata görə, şirkətin Xırdalanda yerləşən istehsalat zavodu ilə yaxından tanış olmaq üçün “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətində olduq.

“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir. Hazırda “Zəhmət-Ruzi” şirkəti 3 hektardan artıq ərazidə yerləşir. Ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyalar, istehsal sexləri anbar və daşınma sistemləri “Zəhmət-Ruzi” ailəsində bu gün müxtəlif sahələr üzrə 150-ə yaxın yüksək ixtisaslı mütəxəssis çalışır.

İslam qaydaları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətlə “SAB” ət və süd məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir. “SAB” ticarət nişanı “AZS” – Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb.

İlk dəfə “SAB” şirkəti tərəfindən “KXN” – Keyfiyyətlə Xüsusi Nəzarət sisteminin tədbiqindən sonra “SAB” ticarət nişanı Azərbaycanın ət və süd bazarının 50%-nı nəzarətə götürüb. Hazırda “SAB” MDB ölkələrində 60 çeşiddə ət, 50 çeşiddə isə süd məhsulları ilə uğurla Azərbaycanı təmsil edir.

İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan “SAB” ticarət nişanlı məhsulların keyfiyyətinə Qafqaz Müsəlmanları İdarəsi təminat verir.

Şirkətinin istehsal etdiyi halal qidalar İslam fiqhinə əsasən, qida maddəsi və ya onun qatqı maddələri, müsəlmanlara halal olmayan heyvanların və ya İslam qaydalarına görə kəsilməmiş heyvanların hər hansı birləşmə və məhsulunu əhatə etmir.

Belə ki, zavodda istehsal olunan bütün məhsullar İslam dinin qayda-qanunlarına uyğun olaraq həyata keçirilir. İstənilən şəxs gəlib zavodda istehsal olunan məhsullarla daha da yaxından tanış ola bilər.

“Zəhmət-Ruzi” MMC-nin qurucusu olan Hacı Sabir Babayev 1998-ci ildən hallalıq işığına könül verərək yol gələn müəssisəyə rəhbərlik edir. Müəssisənin rəhbəri hallalığa önəm verən bir insandır. Ona görə də burada komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.

“Zəhmət-Ruzi” şirkətinin təsisçisinin nümayəndəsi Əliheydər Fərəcullayev SƏS TV-yə açıqlamasında bildirib ki, şirkət üç əsas istiqamətdə fəaliyyət göstərir: “Onlardan birincisi soyuducu anbar təsərrüfatıdır. Bizdə təxminən 7-8 min tonluq soyuducu anbarlar var. Azərbaycana daxil olan donmuş ərzaq qida məshullarının bir qismi bizim anbarlarda saxlanılır. İkinci böyük bir sahəmiz ət emalı sahəsidir. Günlük istehsal gücü 30 tona qədər olan istehsal sahəmiz var. Bugün təxminən 7-8 ton arasında biz günlük çalışırıq. Amma bunun da üzərində dayanmamışıq. Hazırda biz Rusiyaya ixracatla bağlı icazə almışıq. Ona görə də həm Rusiyaya, həm də körfəz ölkələrinə ixracat haqqında danışıqlar gedir. İnşallah, yaxın vaxtlarda bu sahədə müqavilələr hazırlanacaq. Bizdə üçüncü sahə süd emalı sahəsidir. Burada da kolbasa məhsullarında olduğu kimi 30 ton günlük süd emal edə bilərik. Amma biz təxminən gündəlik 7-8 ton süd emal edirik”.

Şirkət rəsmisi deyib ki, “Zəhmət- Ruzi” MMC-nin “SAB” nişanlı kolbasa və süd məhsullarının istehsalı Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə, PLATİN səviyyəli Qida Təhlükəsizliyi Nişanına layiq görülüb: “Bu o deməkdir ki, süd sahəsidə biz yalnız təbii süddən istifadə edirik. Bizdə ayrıca soya maddələri və digər qatqılardan olunmur. Sadəcə olaraq təbii ət, toyuq məhsullarından qidalarımız hazırlanır”.

Sonra bizi müəssisənin bütün istehsalat sahələri ilə tanış etdilər. Biz də söz verdik ki, eşidib məlumat aldıqlarımızı deyil, məhz eşidib, həm də gördüklərimizi foto və video kameranın yaddaşına köçürüb oxucularımıza çatdıracağıq. Bəri başdan diqqətli oxucularımıza bildiririk ki, hansı ki, onlar həm də “SAB” məhsullarının istehlakçılarıdır, burada gördüklərimizdən bu qənaətə gəldik ki, məhsul istehsalında istəsən belə yad əlin və pis niyyətin istehsalata uzanması mümkünsüzdür. Çünki burada xarici ölkələrdən gətirilmiş texnika və texnologiya əvvəldən ona verilmiş proqramdakı son məhsulun çeşidinin və tərkibinin dequstatorudur. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb, alman, italyan, polşa texnologiyalarından istifadə olunur.

“Zəhmət-Ruzi” MMC-də məhsulların təhlükəsizliyinə tam təminat verilir və bunun üçün də şirkətin nəzdində Laboratoriya fəaliyyət göstərir. Laboratoriyanın müdiri, baytarlıq elmləri namizədi Tahir Əfəndiyev bizi yaradılan şəraitlə əyani tanış etdi. Qeyd etdi ki, burada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur.

Bir sözlə, 1998-ci ildən fəaliyyət göstərən “Zəhmət-Ruzi” MMC-nin inkişaf yolunda mühüm irəliləyişlər olub. Məlumdur ki, Pezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Buna imkan verən əsas amillərdən biri isə özəl sektorun diqqət mərkəzində saxlanılmasıdır. Bunun nəticəsidir ki, zaman keçdikcə şirkətdə mövcud problemlər aradan qaldırılıb. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə alınan güzəştli kreditlər hesabına “Zəhmət-Ruzi” MMC “SAB” nişanlı məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının 2021-ci il yanvarın 1-dək uzadılması şirkətin davamlı inkişafına böyük təsir göstərib. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabrın 16-da şirkətə gələrək “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə yaxından tanış oldu.

Prezident İlham Əliyev müəssisədəki şəraiti görəndə çox razı qaldı, yüksək keyfiyyətli məhsulları bəyəndi. Prezidentə müəssisədə istehsal edilən və “SAB” – “Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olundu. Prezidentin diqqətinə çatdırıldı ki, “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları AZS-keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən “SAB” brendi altında bazara çıxarılır. Dövlət başçısı müəssisədə ət məhsullarının istehsalı prosesi ilə tanış oldu. Bildirildi ki, 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək. Qeyd edildi ki, bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. Ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur.

Azərbaycan Prezidentinə məlumat verildi ki, illik istehsal gücü 7 min ton olan süd emalı sahəsində isə 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əmək haqqı 500 manatdır. Sonra Azərbaycan Prezidentinə kompleksdəki süd məhsullarının satışadək saxlanma anbarları da təqdim olundu. Təbii ki, şirkətin fəaliyyətinin daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.

Bəli, məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir. Bunu isə canlı olaraq “Zəhmət-Ruzi” MMC-nin “SAB” nişanlı halal məhsullarının istehsalı prosesində izlədik. Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək, keyfiyyətinə əmin olmaq. Halal və yüksək keyfiyyətli “SAB” məhsulları respublikamızın bütün bölgələrindəki marketlərdən soruşa bilərsiniz.

Necə deyərlər, biz sizin üçün çalışırıq.