Prokurorluq Atsaradakı olayla bağlı məlumat yaydı

574

İyulun 21-də Astara rayonu ərazisində 1990–cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Astara rayon prokurorluğundanverilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Astara rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.