Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

603

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov avqustun 4-də 82 yaşında vəfat edib.

Zəngin həyat yolu keçmiş Fəttah Heydərov 1938-ci ildə Naxçıvanda anadan olub. Muxtar Respublikanın partiya və hökumət orqanlarında bir sıra rəhbər vəzifələrdə çalışıb. Müxtəlif vaxtlarda Naxçıvan MSSR-in Əhaliyə Məişət Xidməti və Mədəniyyət naziri vəzifələrində işləyib.

1995-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında daim yaxından iştirak edir, prinsipial vətəndaş mövqeyi ilə seçilirdi.

Hacı Ruslan Həsənov və iş kollektivi görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.