İndoneziyada 54 jurnalist koronavirusa yoluxdu

295

İndoneziyanın Şərqi Yava bölgəsindəki Surabaya şəhərində 54 jurnalist qısa müddətdə koronavirus infeksiyasına yoluxub. 

Unikal.org xəbər verir ki, bu barədə İndoneziyanın Müstəqil Jurnalistlər Alyansı məlumat yayıb.

Bildirilib ki, onlardan 3 nəfəri – yerli dövlət radiosunun Surabay şöbəsinin əməkdaşları dünyasını dəyişib.

Bazar ertəsi test sınaqları müsbət olan jurnalistlərdən ikisi xəstəxanaya yerləşdirilib.