Ev manşet Ağaşirin Məmmədov seçiciləri ilə görüşlərini davam etdirir – FOTOLAR

Ağaşirin Məmmədov seçiciləri ilə görüşlərini davam etdirir – FOTOLAR

923

Ağaşirin Məmmədov seçiciləri ilə görüşlərini davam etdirir -FOTOLAR

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Ağaşirin Məmmədovdur.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Ağaşirin Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ağaşirin Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ağaşirin Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ağaşirin Məmmədovdan danışdılar yaxşı ki, Ağaşirin Məmmədov 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəddir… Ağaşirin Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Ağaşirin Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ağaşirin Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Ağaşirin Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağaşirin Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağaşirin Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Ağaşirin Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağaşirin Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağaşirin Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ağaşirin Məmmədov özünü doğruldub. Bizdə hörmətli Ağaşirin Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

 

50 saylı Abşeron – Qobustan seçki dairəsindən deputatlığa namizəd Ağaşirin Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. 

Namizəd mütəmadi olaraq seçiciləri ilə görüş zamanı onların qayğıları ilə maraqlanır, narahat edən məsələlərin həllinə yaxından dəstək olacağını açıqlayıb.

O, seçiciləri ilə görüşdə deputat olarsa çəkinmədən öz platformasını açıqlayır.

Platformda göstərir:

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qorunmasını, ərazi bütövlüyünün bərpasını və işğal edilmiş torpaqlarımızın azad edilməsini ən ümdə vəzifə hesab etmək!

Müstəqil və azad Azərbaycanın, milli dövlətçiliyimizin, azərbaycançılıq prinsiplərinin əbədi və daha da möhkəm olmasına xidmət etmək;

Ölkənin iqtisadi inkişafında baş verən böyük irəliləyişləri daha da gücləndirmək məqsədi ilə aparılan islahatları dəstəkləmək;

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, qəbul olunacaq qanunlarda, aparılacaq islahatlarda, milli adət və ənənələrimizin, mənəvi dəyərlərimizin xüsusiyyətlərinin nəzərə alınması, kiçik və orta sahibkarlığın geniş inkişafına şərait yaradılması, xarici investisiyaların real müdafiəsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, kimsəsizlərin, müharibə veteranlarının maddi vəziyyətlərinin daha da yaxşılaşdırılması, onların bütünlüklə pulsuz tibbi xidmətlə təmin edilməsi, eləcə də digər sosial müdafiə tədbirləri ilə əhatə olunması, respublikada, xüsusi ilə də Abşeronda tarixi və mədəni abidələrin qorunması, aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması; kənd və qəsəbələrin yollarının torpaq örtüyünün asfalt örtüyü ilə əvəz edilməsi istiqamətində çalışmaq.

A.Məmmədov 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti ona səs verəcəyinə inanır.

Namizəd seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və daha güclü Azərbaycan naminə ona səs verməyə dəvət edib.