MSK saat 12:00-yə olan nəticələri açıqladı

550

MSK saat 12:00-yə olan nəticələri açıqladı

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

“Ölkə.Az”ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 18.07 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.