Fransada aksiyalar səngimək bilmir – Fotolar

595

Fransada aksiyalar səngimək bilmir

Fransanın paytaxtı Parisdə və ölkənin bir çox iri şəhərlərində pensiya islahatları əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo”nun məlumatına görə, tətil səbəbindən bu gün 16 metro xəttindən 10-u işləməyəcək.

Hökumət vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməməyi məsləhət görüb. Bildirilib ki, xəttə çox az sayda tramvay və avtobus buraxılacaq.

Xatırladaq ki, nəqliyyat işçilərinin tətili dekabrın 5-dən davam edir. 800 mindən çox insan pensiya islahatlarına etiraz edir. Yeni pensiya islahatına əsasən, yaş həddinin 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.