“Seçici kimi seçəcək, o da olacaq”

557

“Seçici kimi seçəcək, o da olacaq”

“Deputatı seçici seçir. Deputat arzu və istəklə seçilmir. Görürəm ki, bəzi KİV-lərdə istiqaməti dəyişdirməyə çalışırlar. Bu, doğru deyil”

“Qafqazinfo” xəbər verir ki, YAP-çı deputat  Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deyib. O qeyd edib ki, seçicilər deputat görmək istədiklərini özləri seçməlidirlər:

“Kim seçkiyə getsə, daha çox səs toplayar?! Yoxsa arzu, istək bildirmək düzgün deyil. Seçici kimi seçəcək, o da olacaq”.

Spiker Oqtay Əsədov isə həmkarına bu cür reaksiya verib: “Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün?!”.