Bakıda motosiklet aşdı, sürücü işıq dirəyinə çırpılıb öldü – ANBAAN VİDEO

714
Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsində baş verən dəhşətli yol qəzası kameralara düşüb.

Beynelxalqinformasiyaagentliyi.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib.

30 yaşlı Elvin İsmayılov idarə etdiyi motosikletlə Bayıl qəsəbəsi istiqamətində Qurban Abbasov küçəsinə daxil olmaq istəyib.

Bu zaman sərt döngədə motosikletçi idarəetməni itirib. Nəticədə, yolun kənarındakı maneyə dəyən motosiklet aşıb. Sürücü isə işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü yerindəcə həyatını itirib.