Bakıda birgünlük körpəni küçəyə atdılar – Video

767

Atılan körpə

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.

Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.

Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.(oxu.az)