Ərdoğan Trampa cavab verdi

837
Turkish President Tayyip Erdogan attends a bilateral meeting with U.S. Vice President Joe Biden in Washington March 31, 2016. REUTERS/Joshua Roberts - RTSD02Q

Turkish President Tayyip Erdogan attends a bilateral meeting with U.S. Vice President Joe Biden in Washington

“Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Twitter-dəki paylaşımını şərh edərkən bildirib.

“Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək”, – deyə Türkiyə lideri yazıb.

Qeyd edək ki, “Barış bulağı” ilə bağlı atəşkəs razılaşması əldə edildikdən sonra Tramp Tvitter hesabında atəşkəsin əldə edilməsi ilə milyonlarla insanın həyatının xilas edildiyini bəyan etmişdi, Ərdoğanı “dostum” adlandırmış və onun qərarını təqdir etmişdi.