Təhsilə yüksək diqqət və qayğı nümunəsi

763
Təhsilə yüksək diqqət və qayğı nümunəsi

 

 

 

 

Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.

Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib. Onun 30 mart 1998-ci il tarixli sərancamı ilə ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahat keçirilməsini müəyyənləşdirən proqramın hazırlanmsı məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.  Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Bundan əlavə, ötən il Azərbaycanda “Təhsil haqqında”  qanun qəbul edildi. Yeni təhsil qanununun qəbul edilməsi bir daha onu göstərirki, ölkə rəhbərliyi təhsilin inkişafında maraqlıdır. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Bu yeniliklər də ondan ibarətdir ki, müəllimlər işlərini yenidən qururlar. Təhsilimizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasirtələblərə cavab verməsi istiqamətində çox böyük işlər görülür. Ona görə də, hesab edirəm ki, ölkə təhsili uğurlu bir yoldadır.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.

Təhsil ictimaiyyətinin fikrincə, son zamanlar cənab İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır. Birinci addım ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliləşdirilməsi, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir.

Hazırda Azərbaycan dünyanın ən sakit və əmin-amanlığın bərqərar olduğu bir məmləkətdir. İnsanlar ailələri ilə rahat şəkildə küçədə gəzir, alış-verişlərini edirlər. İldə minlərlə turist Azərbaycana gəlir və onlar ölkəmiz haqqında geniş bilgilərə sahib olurlar. Həmçinin ölkəyə xarici investisiya qoyulur. Ölkənin gəlirləri artmaqdadır. Ən əsası da Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Bunlar hamısı Azərbaycanın indiki iqtidarı və cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar, eləcə də dövlətlərlə əməkdaşlığı daha da güclənir. Müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan daha geniş şəkildə təqdim olunmaqdadır.

Prezident İlham Əliyev, mütamadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. İlk öncə, onu qeyd etməliyəm ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir.

Nazilə Məmmədova

Abşeron Təhsil Şöbəsinin müdiri

  

Baş dirktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 050-299-78-84;  070-200-33-85; 050-244-48-19