Baba Rzayev yaponiyalı səfirlə görüşdü

526

BİA.az Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. 

“TEPSCO” şirkətinin  Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin  Bakıda inşa edilən “Şimal-2”  layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.