Uşaqları “Çöpçü”yə aparmaq təhlükəlidir!!!

486

Uşaqları “Çöpçü”yə aparmaq təhlükəlidir!!!

Uşaqları “Çöpçü”yə aparmaq təhlükəlidir – bunu bir az öncə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən mtəbuata açıqlama verilmişdir.

Çöpçü – əsas işi insanların, xüsusən də, 5 yaşına qədər uşaqların boğazında ilişib qalmış qida qalıqlarını və ya ehtiyatsızlıqdan udulan yad cismi – çöpü üfürüb çıxarmaq olan, Azərbaycanda xalq təbibi mərtəbəsinə yüksəldilmiş qadındır. Çöpçü adı da elə buradan götürülüb.

Çöpçü xidməti azərbaycanın qədim ənənələrindən biridir. Çöpün üfürülməsi qeyri-intizamlı üsulla baş verir: Əvvəlcə çöpçü “qurbanların” boğazını masaj edir, sonra isə güc ilə burnuna üfürür. Elə həmin vaxt “xəstənin” ağzından müxtəlif əşyalar çıxmağa başlayırlar. Çox vaxt elə miqdarda çıxır ki, əgər çöpçü dayandırılmasa sanki 5 yaşlı uşağın boğazından Qaqarin özü “Getdik” deyə qışqıraraq düşəcək və əlini yelləcək. Bir sözlə buradan belə çıxır ki, çöpçü insanları aldatmaqla məşğul olur.

Həmdə ki, bu prosedur gigiyenik cəhətdən çox təhlükəlidir.

Redaksiyamıza daxil olan məlumata əsasən Abşeron rayonu Masazır qəsəbəsində Çöpçü İlhamə kimi tanınan bir qadından bəhs edəcəyik. Araşdırmalar nəticəsində məlum oldu ki, çöpçü İlhamə əvvəlcə “qurban”larının valideynlərini qorxudur, bu da o deməkdir ki, maddiyyatı artırmaqdır. Bu qadın gigiyenik cəhətdən qanunlarımıza riayət etmir, həmdə ki, TƏBİB-in verdiyi sərəncama məhəl qoymur. İlhamə adlı bu qadın qeyri-qanuni olaraq fəaliyyət göstərməsi vergidən yayınması, öz evində xəstə qəbul etməsi, heç bir ali savadı olmaması, səhiyyə sahəsində səviyyəsi ümumiyyətlə olmaması – bu da o deməkdir ki, bu qadın heç kimdən və heç nədən qorxmur və ya bunu kimsə himayə edir.

Əziz oxucular çöpçü İlhamə haqqında daha şok faktlarla sizi tanış edəcəyik.

Əks tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 

Beynelxalqinformasiyaagentliyi.az