“DƏLİ KÜR” restoranında ÖZBAŞINALIQ (qumarxana-yoxsa restoran?)?! – İDDİA

579

“DƏLİ KÜR” restoranında ÖZBAŞINALIQ (qumarxana-yoxsa restoran?)?! – İDDİA

Hər gün böyük pulların dövr etdiyi obyektin bağlanması vacibdir Bildiyiniz kimi, ölkəmizdə qumar və qumarxanalar rəsmi şəkildə qadağan edilib.
Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar vermişdi. Mövcud qanunvericiliyə əsasən, bu fəaliyyətlə məşğul olmaq cinayət sayılır. Amma buna baxmayaraq, son illər Bakıda və bölgələrdə qeyri-leqal qumarxanaların sayı xeyli artıb. Aparılan araşdırmalar göstərir ki, paytaxtda çay evi, restoran, şadlıq evi, kafe adı altında qumarxanalar fəaliyyət göstərir və hər gün həmin məkanlarda külli miqdarda qara pullar dövriyyə edir. Bu işdə uduzan vətəndaşlar, qazanan isə bir qrup işbazdır. Qeyd edək ki, son aylar qumar oyunları Bakının bir neçə rayonunda geniş yayılıb. Bu rayonlar arasında Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “DƏLİ KÜR” restoranı xüsusi yer tutur. Bu məkanda loto-qumar məkanlarının sürətlə artması həyəcan təbilinin çalınması deməkdir. Saytımıza daxil olan məlumatlara görə, Nəsimi rayonunda yerləşən «DƏLİ KÜR» restoranında hər gün loto-qumar məclisi təşkil edilir. Həmin məclislərin birində külli miqdarda pul uduzan adını gizli saxlamağını istəyən vətəndaş bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən bu qumarxana yüzlərlə insanın taleyini qaraldıb: «Mən belə bir obyektin fəaliyyətindən xəbərsiz idim. Dostlarımdan biri məni aldadıb bura apardı. Deməli, vəziyyət bu cürdür. Hər gün axşam saat 18:00-dan sonra obyektdə qumar məclisi başlayır. Ta ki, gecə saatlarına qədər. Bu fikirləri sizə deməkdə, ictimailəşdirməkdə məqsədim odur ki, başqa insanlar mənim aqibətimi yaşamasınlar. Hər gün bu obyektdə müştəri sıxlığı müşahidə olunur. Əksəriyyət olan-qalan pulunu da uduzub əliboş evinə gedir.
«DƏLİ KÜR» restoranını işlədən Arif adlı şəxslə əlaqə saxlamaq istəsək də lakin buna nail ola bilmədik.

Daha bir müəmmalı məsələni də sizləri tanış etmək istəyirik. Məkanın ümumi sahəsi çox böyük olmadığından, lakin burda işləyən xanım ofisiantları sayı 10-15 nəfər təşkil edir. Fikrimizcə bu kiçik restorana bu qədər sayda xanım ofisiant həddindən artıq çoxluq təşkil edir. Görəsən Arif müəllim bu qədər xanımı niyə nəzarətində saxlayır? Yoxsa insan alveri ilə məşğul olur? Əlbəttə ki, araşdırmalarımız davam edir, bu haqda daha şok faktlarla sizləri tanış edəcəyik.
Bizdə öz növbəmizdə media orqanı olaraq hüquq-mühafizə orqanlarını bu haqda məlumatlandırırıq. Qoy aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları «DƏLİ KÜR» restoranında təşkil olunan qumar məclislərini dağıtsın və qeyri-leqal fəaliyyət göstərən obyektin işi dayandırılsın. Obyekti işlədən və bura «krışalıq» edən şəxslərin adı bizə məlumdur. Hələlik onların kimliyini açıqlamaq istəmirik. Tezliklə bu obyektlə bağlı geniş videomaterial təqdim edəcək və qumarxananın «müdafiəçiləri» barədə maraqlı faktları diqqətinizə çatdıracağıq. Sonda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət edib sözügedən məkanın fəaliyyətinə müdaxilə etmələrini xahiş edirik. Mövzu diqqətimizdədir.
P.S. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, bu tip obyektlərin işləməsi üçün qumar mafiyası Nəsimi rayon İcra hakimiyyətində bəzi nüfuzlu şəxslərə müəyyən məbləğdə pul vəsaiti aylıq ödəyib toxunulmazlıq əldə etdiklərini qeyd edir. Bu aylıqların verilməsi isə qumarxananın böyüklüyünə görə qiymət dəyişiklikləridə zərurət doğurur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Beynelxalqinformasiyaagentliyi.az