Zərdab inkişaf və tərəqqi yolunda…

581

 Zərdab inkişaf və tərəqqi yolunda…

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla icrası bütün bölgələr kimi Zərdab da böyük nailiyyətlərin əldə olunmasına təkan verib.

Bütün regionlar kimi Zərdabda da 2021-ci ildə yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Küçə və xiyabanların, prospektlərin, həmçinin, yerli əhəmiyyətli yolların abadlaşdırılması daim gündəmdə saxlanıb, bir sıra yollarda əsaslı təmir və asfaltlama işləri görülıb, şəhərin əsas küçə və prospektlərində müasir işıqlandırma sistemlərinin quraşdırılması davam etdirilib. Sahibkarlığın inkişafı üçün konkret tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu məqsədlə Zərdabda bir sıra konkret tədbirlər həyata keçirilib.

Son beş ildə Zərdabda əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb. Əkin sahələrinə mineral və üzvü gübrələrin verilməsi, növbəli əkinin aparılması və optimal müddətlərdə suvarma suyunun verilməsi, dövlət tərəfindən taxıl istehsalçılarına göstərilən dəstək son beş ildə əkin sahələrinin həcminin bir neçə dəfə artmasına gətirib çıxarıb. Dövlət Proqramının icra edildiyi zaman kəsiyində rayonda heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Köhnə yonca əkini sahələri ilə yanaşı, yeni yonca əkini sahələri də yaradılıb. Zərdab rayonunun su axınını bölüşdürən və tənzimləyən Suvarma Sistemləri İdarəsi fəaliyyət göstərir. Aqrar sektorda məhsul istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpaqların münbitliyinin bərpası, sudan səmərəli istifadənin təmin olunması, suvarma sisteminin bərpası və inkişafı, rayonun suvarma suyundan qismən korluq çəkən ayrı-ayrı kəndlərində yeni nasos stansiyalarının quraşdırılması, kanalların çəkilməsı və bərpası tədbirləri yerinə yetirilib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Zərdabda rayonlararası və rayondaxili yolların bərpası məsələsi də öz həllini tapıb.

Zərdab sakinləri ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq müdafiəçiləridir.

Zərdablılar Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun sadiq müdafiəçiləridir. Zərdablılar hər zaman ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan inkişaf prosesində fəal yer tutmağa çalışır. Rayon sakinləri inanır ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Zərdab rayonunun sosial-iqtisadi inkişafı Mərdan Camalzadə icra başçısı təyin olunduqdan sonra da sürətləndi. İcra başçısı Mərdan Camalzadə kimsəsiz ailələri, şəhid ailələrinə, Qarabağ qazilərinə maddi və mənəvi köməkliyini heç vaxt əsirgəmir, onların problemləri ilə yaxından  tanış olub həllində şəxsən özü məşğul olur. Mərdan Camalzadə gördüyü işlər ümumiyyətlə rayon sakinləri tərəfindən yüksək qiymətləndirərək, böyük etimad göstərirlər.

Bizdə redaksiyamızın kollektivi adından Zərdab Rayon İcra Hakimiyyəti başçısı Mərdan  Camalzadəyə işlərində uğur və müvəffəqiyyətlər arzulayırıq.

 

 

Şahmar Zərdabi

Baş redactor

Tel.: 070-255-01-09