Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib.