Koronavirusa qarşı hazırlanan peyvəndin qiyməti 50-60 ABŞ dolları arasında dəyişəcək.
Bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilir ki, peyvəndin istehsalçısı Amerikanın biotexnika şirkəti “Moderna” olacaq.
Buna qədər “Pfizer” və “BioNTech” şirkətləri peyvəndin qiymətini 19,5 ABŞ dolları təyin etmiş və Birləşmiş Ştatlardan 600 milyon ədəd sifariş almışdı.