Bu ölkənin dörd naziri işdən çıxarıldı

413

Bolqarıstanın Baş naziri Boyko Borisov hökumətin tərkibində dəyişiklik etmək qərarına gəlib.

Hökumət rəhbəri bununla bağlı koalisiya şurasının iclasının nəticələrinə həsr olunmuş brifinqdə bəyanat verib.

Baş nazir bildirib ki, maliyyə naziri Vladislav Qoranov, Daxili İşlər Naziri Mladen Marinov, İqtisadiyyat naziri Emil Karanikolov və Turizm naziri Nikolina Angelkovanı istefaya göndərib.