19 polis bölməsinin ərazisində bu sağlam, şəhərimizə nəfəs verən bu ağaclar necə məhv edilir

592

[td_smart_list_end]

Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinin yolverilməzliyi barədə dəfələrlə sərt çıxışlar edib, məmurları buna görə cəzalandırıb. Prezidentin qızı Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi yolunda çalışır, layihələr həyata keçirir. Leyla Əliyevanın irəli sürdüyü “Bizim həyət” layihəsi də bunlardan biridir, bu gözəl təşəbbüs Bakıda yaşayış binalarının həyətlərində yaşıllıq sahələrinin yaradılmasını nəzərdə tutur.

Köhnə bina sakinlərinin istirahət əraziləri tikinti meydançasına çevrilir, yaşıllıqlar vəhşisəcinə qırılır. Bu ərazilərdə sabah hər hansı faciə baş verərsə dəhşətli itkilər olacaq. Məhlələrə tikinti əlindən nə təcili tibbi yardım, nə FHN avtomobilləri girə bilməyəcək.

Ağacların məhv edilməsində məsuliyyəti tək tikintiləri aparan MTK-lar, bu tikintilərə icazə verən Nəsimi İsra Hakimiyyəti deyil. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul vəzifəliləridir.

Gəlin konkret bir ərazidə aparılan tikintiyə nəzər salaq. Hazırda bu ərazi hasarlanıb. Yaxın zamanlarda böyük tikinti başlanacaq. Söhbət yaşayış massivinin salınacağı , Nəsimi rayonuda 19 polis bölməsinin yaxınlığında əhatə edən böyük ərazidən gedir.

Təqdim etdiyimiz video və fotoşəkillərdən görünür ki, ərazidə artıq katlovan qazılıb. Bəzi biinalar tamamən boşdur, yaxın vaxtda uçurulacaq. Ağacların isə budaqları kəsilib.Bəziləri yarıdan kəsilib. Burda yüzlərlə ağac var. Sağlam, yaşıl ağaclar. Əvvəlcə budaqları budanır, üstən budaqları kəsilir, ikinci mərhələdə tamamilə kökündən çıxarılır. Quramamış, yaşıl ağacların bu kökə salınmasında məqsəd nədir? Bakıda elə məhlələr var ki, qurumuş ağaclar var, sakinlər illərlə gözləsə də o ağacları heç kim budamır.

ETSN-nin Dövlət Ekspertiza İdarəsi rəy verir, icazə verir bununla da iş qutarır. Nazirlər Kabinetinə də məlumat verilir ki, ağaclar köçürülüb. Sənədləşmə yəni belə aparılır. Əslində gənc ağaclar köçürülə bilər. Hərçənd ki, heç onları da köçürmürlər.Yaşlı ağacları isə köçürmək mümkün deyil. Həm də yeni binalar köhnələrin yerində ucaldılsın. Axı niyə bu sağlam, şəhərimizə nəfəs verən bu ağaclar məhv edilməlidir.