“Beşiktaş”da ciddi itki

372

“Beşiktaş” ciddi itki ilə üzləşib.

İstanbul təmsilçisi Kevin-Prins Boatenqin xidmətindən məhrum olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kasımpaşa” ilə oyunda zədələnən futbolçu məşqlərə də qatılmır. Bu üzdən də o, “Yeni Malatyaspor”la oyunu buraxmalı olacaq.

Bu gün baş tutacaq “Yeni Malatyaspor” – “Beşiktaş” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.