“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin mərhum sədri Elşad Həmidovun anım günüdür

995

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin mərhum sədri Elşad Həmidovun anım günüdür

Bu gün “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyində çalışdığı dövürdə özünəməxsus xarakteri və qeyri-adi işgüzar fəaliyyəti ilə Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutan, Prezident İlham Əliyevin cənablarının siyasətinə sadiq qalaraq və onu həmişə dəstəkləyən,öz işini peşəkarcasına icra edən,  ona müraciət edən və kömək istəyən hər bir kəsə öz əlindən gələnini əsirgəməyən  Elşad Nəcməddin oğlu Həmidovun anım günüdür. Elşad müəllimin üzündə səmimiyyət, danışığında, davranışında bir mədəniyyət, alicənablıq var idi. Elşad Nəcməddin oğlu Həmidov 1967-ci ildə Bakı şəhərində neftçi ailəsində dünyaya gəlmişdi. Elşad müəllim ailənin tək oğul övladı idi. Elşad həmidov haqqında saatlarla yazmaq olar. O, məktəb illərini Bakı şəhərində keçirərərək  ali təhsilini Rusiya Federasiyasında davam etdirmişdir. O, instutu bitirdikdən sonra Rusiyada hüquq-mühafizə orqanlarında bir müddət çalışdıqdan sonra doğma vətəninə, Bakı şəhərinə qayıdır. Bakıda müxtəlif işlərdə və vəzifələrdə çalışır, son rəhbərlik etdiyi “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri və səlahiyyətli şəxsi vəzifəsində çalışmışdır. Elşad Həmidov çalışdığı illərdə bir çox uğurlara imza atmışdır. Azərbaycanda gedən ictimai-siyasi proseslərdə daima yaxından iştirak edirdi. Vətənpərvər böyük ziyalı idi. “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyində işləyən hər bir işçi ilə səmimi, xoş, qayğıkeş və mərhəmətlə davranırdı. Onu da qeyd edim ki, Elşad Həmidov məhz xarakterinə uyğun olaraq da “Mərhəmət çırağı” jurnalını təsis edərək bir neçə müddət fəaliyyəti ilə də məşğul olmuşdur. Hal-hazırda əziz qardaşının şərəfinə bacısı Gülnara Həmidova jurnalın fəaliyyətini davam etdirir, bununla yanaşı “Merhemet.TV” internet televiziyasını da qardaşının əziz xatirəsini yad etmək üçün təsis etmişdir. Düzdür, qardaş acısı çox çətin olsa da bu ilahi hökmü qəbul edib ruhuna “Fatihə” oxuayaraq Allahdan rəhmət diləyir.

Yerin cənnət olsun əziz dost.

 

Fərid Səfərov (Faiqoğlu)

AJB-nin üzvü