Süleyman Mikayılov: Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır

865

Özününüz və yaxınlarınızın təhlükəsizliyi üçün, hər birinizi təlimatlardan irəli gələn təhlükəsizlik qaydalarına riayət etməyə dəvət edirik

Yerlərdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan posterlərin Qaradağ rayonunun bütün qəsəbələrində yaşayış binaları, ticarət obyektləri, idarələrə, müəssisə və təşkilatlarda yerləşdirilməsi və bukletlərin əhali arasında paylanması işi uğurla davam etdirilir.

Hörmətli sakinlərimiz və dəyərli səhifə izləyiciləri!

Özününüz və yaxınlarınızın təhlükəsizliyi üçün, hər birinizi təlimatlardan irəli gələn təhlükəsizlik qaydalarına riayət etməyə dəvət edirik.

Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. İnkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun olduğu rayon hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.