ŞAİRİN KÖNÜL PIÇILTILARI

1041

Qələm sahibi kimdir ?

— Desək, birmə’nalı olaraq, buna cavab belədir. ” Xalqın Dərdlərinin Tərcüməçisi ” Yazdıqlarımızda həm fərdi, həm də bəşəri ümummilləşdirmələr var.
Faktiki olaraq, Sizə tanıtım vermək istədiyim qələm sahibi, yazar öz dərdini su ilə bölüşür. Suyun kənarında dayanıb, suları seyr edərək dərdini suya danışır və dərdimi yalnız su anlayar deyərək, ürəyindən keçən misraları ag vərəqə köçürür.
Buda, qələm sahibinin elinə, yurduna, Vətəninə olan sevgisinin tərənnümüdür.
Boya – başa çatdıgı Yardımlı rayonunun Mirimli kəndində könül çırpıntılarını, şəlalənin axması, şəffaf suların pıçıltısıyla qələmə aldıgı şe’rləri toy məclislərində füsünkar, ecazkar səsiylə ifa etməsidir.
Əvvəllər, İqamət Yardımlı olaraq, tanınmış sonralar isə qardaşı oğlu sadiqin adını özünə ləqəb götürmüşdür.

İqamət Sadiqiı Yardımlı rayon Mirimli kəndidə 1999 – cu ildə dogulmuşdur.
İqamət Sadiqli Şair və Bədii qiraətçidir.
2005 – ci ildə Məlikli kənd ümumi orta məktəbinə daxil olub, 2013 – cü idə doqquzuncu sinifi, onuncu və on birinci sinifi isə Arus kəndində müvəffəqiyyətlə bitirdikdən sonra hərbi xidmətə çağırılıb.
Hərbi komissiyasından keçəndə dalağının, ag ciyərinin və qara ciyərində ‘exina kok’ aşkarlanıb.
Möhtərəm Prezident İlham Əliyev Cənablarının sərancamı ilə əməliyyat olunub. Xəstəxanada olarkən ilk şe’irlərini yazmaga başlayır. O, zamanlar ilk şe’rini, müalicə edən həkimə həsr edir. Bununla belə, şair olmaqla yanaşı bir çox istəklərini həyata keçirir.
Gənc, yazar İqamət Sadiqiı gördüyü işləri həvəslə və peşəkarlıqla həyata keçirməklə baglı usanmadan, yorulmadan çalışır. Bu günə qədər bir çox sahələrdə çalışıb.
Masallı rayonunda könüllü olaraq Asan xidmətdə çalışıb. 2019 – cu ildə Məşədi ziyarətində olub.

AYTV 1 kanalında ” İqamətlə Üz – Üzə” verlişinin növbəti buraxlışına qonaq olmaq istəyənləri dəvət edir və peşəkarlıqla aparıcılıq missiyasını yerinə yetirir. Bütün, gənc və yaşlı nəsili verilişinə qonaq dəvət edir. Məqsədi isə, hər iki nəsilin, nümayəndələrini dinləmək və bir – birinə tanıtmaqdır.
Yazdıgı şe’irləri aranjiman edir öz səsilə ifa edir. İstedadıyla hər kəsi heyran edir.
Gənc Şair İqamət Sadiqli Nişanlıdır. Bu yolda, gənc Yazara, yalnız xoşbəxtlik arzu edirik. Qələmindən süzülən hər bir şe’r cütlüklərin xoşbəxtliyi ilə bəhs olunmasını və hər yazılan şe’rdə sevinc dolu, ülvi məhəbbət arzulayırıq. Bu anlamda, Azəri Türk dünyasına, bəşər tarixində öz sözünü demiş, gənc Şairi alqışlayırıq.

Hal – hazırda, ” Azad Qələm ” qəzetinin müxbiridir.
Yardımlı rayonunda MKT idarəsində çalışır. Mütamadi olaraq şe’rləri almanaxlarda, qəzetlərdə,
Antalogiya kitablarında çap olunur.
” Biz Gəncik Ədəbi Birliyinin ” lahiyə rəhbəridir. Yardımlı rayonunda
Həmçinin Dövlət səviyəli tədbirlərində iştirak edir. Hətta, Yardımlı rayon Arus kəndində tədbirlərin birində təqdimat zamanı, ” Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzinə Yardımlı rayon üzrə sədri Elvin Zeynalov İqamət Sadiqlinı Yardımlı rayon Mirimli kənd şöbəsinə sədr seçir.

Yardımlı rayon Tarix Diyarşünaslı Müzeyinin əməkdaşları ilə tez – tez görüşlərdə olur. Əlisafa Əhmədoglu, Alim Qasımov, Elşən İsmayılov, Elvin Zeynalov və bir çox tanınmış vətandaşlarla birlikdə görüşlər keçirirlər.
İqamət Sadiqli xalqa, millətə dəyər verən, Dövlətə və Dövlətçiliyimizə öz dəstəyi ilə hər zaman öndə olan gənclərimizdən biridir. Bu inamla, bu addımla hələ, çox zirvələri fəth edəcəkdir. Biz buna inanırıq.
Hər zaman xalqın xidmətindədir. Xidmətiniz unudulmazdır.