Balakən Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq hökm sürür

1872

Balakən Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq hökm sürür

Ulu Öndər Heydər Əliyev demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Əfsuslar olsun ki, bəzi bölgə xəstəxanalarında Ulu Öndərin fikirlərinə əməl etmirlər və “gözdən uzaq, könüldən aforizminə” əməl etmiş kimi olurlar. Redaksiyamıza daxil olan video məlumata əsasən açıq-aşkar görünür ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin əhalinin qayğısına qalmırlar. Elə bu məqsədlə yolumuzu Balakən Rayon Mərkəzi Xəstəxanasına saldıq. Gördüklərimiz əyani sübut olaraq bir daha təsdiq olnudu ki, həqiqətən bizə göndərilən video çəkiliş əsassız deyilmiş.

Görəsən Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər xanım bu özbaşınalıqlardan xəbəri varmı? Son vaxtlar koronavirusla bağlı dünya və Azərbaycan səhiyyə ciddi məşğul olduğu bir vaxtda Dilbər xanım xəstəxana personalına niyə ciddi göstərişlər vermir?  Əgər xəbəri varsa da niyə ciddi bu vaxta qədər tədbir görülməyib? Biz inanırıq ki, belə bir özbaşınalıq tez bir zamanda öz həllini tapacaq və Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən müsbət cavab veriləcək. Buna ümid edirik.

PS: Əks tərəfin fikrini də dərc etməyə hazırıq.

Hazırladı: Hacı Ruslan Həsənov

Tel.: 050-212-43-95