Atəş Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

713


Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Atəş Rüstəmovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovdur.

1976-cı ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Orta təhsilinə həmin kənddə başlayıb. 9-cu sinifdən etibarən Bakı şəhərində Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. 1999-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat fakültəsində qiyabi təhsil alıb. 2000-ci ildə Sumqayıt şəhər 20 saylı Mənzil İstismar idarəsində rəis vəzifəsinə təyin olunub. 2000-2012- cü illər ərzində həmin vəzifədə işləyib. 2012-ci ildən isə Sumqayıt Şəhər Təmizlik Departamentində Nəzarət bölməsinin şöbə müdiri olub və 2016-ci ilə qədər həmin vəzifədə çalışıb. Elə həmin il Abadlaşdırma və təmir-tikinti idarəsinin rəisi vəzifəsinə təyinat alıb. 2018-ci il 6 sentyabr tarixindən isə Sumqayıt şəhər Təmizlik Departamentində baş direktorudur.

II qrup Qarabağ əlilidir.

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Atəş Rüstəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Atəş Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

102xeber.com olaraq sorğu apardıq ağız dolusu Atəş Rüstəmovdan danışdılar yaxşı ki, Atəş Rüstəmov Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru təyin olunub… Atəş Rüstəmov öz isguzarlığı ilə tanınır və seçilir….

Atəş Rüstəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Atəş Rüstəmov heç vaxt əqidəsindən döndərə bilməz.

Atəş Rüstəmov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Atəş Rüstəmov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Atəş Rüstəmov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Atəş Rüstəmovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Atəş Rüstəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Atəş Rüstəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Atəş Rüstəmov özünü doğruldub. Bizdə hörmətli Atəş Rüstəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov – Atam təyyarədə müşayətçi kimi fəaliyyət göstərib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin marşalı Şoloxovun xüsusi fəxri fərmanına layiq görülüb. Həmin mükafatla bağlı mənim atama leytenant, baş leytenant rütbələri də verilib.

Mənə isə hadisədən bir il keçdikdən sonra həmin vaxt disaporanın dəstəyi nəticəsində insanlara etdiyim köməkliyə görə məni Rusiyadakı səfirimiz Polad Bülbüloğlu qəbul etdi. Mənə pul mükafatı verdilər. Məhkəmələr oldu, dəymiş zərərə görə isə Rusiya dövləti cüzi kompensasiya təyin etdi. Mənə İrkutsk şəhərinin rəsmi vətəndaşlığı və sözügedən aviaşirkət vasitəsilə həmin şəhərə ildə bir dəfə pulsuz uçuş verilib