Reytinqlərdə ön sırada olan “Çukur” serialından “İdris Koçovalı” obrazı ilə sevilən Erkan Kesalın ayrılması izləyiciləri məyus etmişdi.
“Ölkə.Az” axsam.az-a istinadən xəbər verir ki, universitetlərin birində qonaq olan aktyor ekran işindən ayrılmasının səbəbini açıqlayıb:
“Ssenarini çox sevdim və qəbul etdim. İki mövsüm iştirak etdim, fərqli şeylər öyrəndim. Ancaq artıq başqa işlərdə yer almaq istədiyimi anladım. Hazırda yeni film çəkilişlərimiz davam edir”.