Bu rayonların sakinlərinə ŞAD XƏBƏR – Su problemi tam HƏLL EDİLƏCƏK

645

Bu il Gəncə, Şəmkir və Samux şəhərlərinin, eləcə də ətrafdakı yaşayış məntəqələrinin içməli su problemi tam həll ediləcək.

Turkustan.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

“Həmin bölgələrin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Şəmkirçay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan məhsuldarlığı 140 000 m3/gün (1 620 litr/san) olan sutəmizləyici qurğunun inşası yekunlaşıb. Hazırda qurğudan Gəncə və Şəmkirə suyun verilməsi təmin edilir. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib. Bu qurğu Gəncənin 85 faizini su ilə təmin edəcək. Eyni zamanda Gəncəyə 27 km uzunluqda magistral su kəmərinin tikintisi də başa çatıb. Gəncənin Göygöl və Qızılqaya adlı iki mənbəyi var. Gəncənin su təminatının 15 faizi isə bu mənbə hesabına veriləcək. 19 ədəd subartezian quyusunun fəaliyyəti dayandırılıb. İlin sonuna qədər 30-dan çox subartizan quyuları da ləğv ediləcək. Növbəti mərhələdə digərlərinin də ləğvi nəzərdə tutulur. Belə ki, şəhərdə subartezian 100-dən çox quyuları var” – deyə o, qeyd edib./Report.az/