Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin uğurları ilbəil artır – ÖZƏL

644

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin uğurları ilbəil artır

Abşeronun qabaqcıl təhsil ocaqlarından sayılan Xırdalan şəhər 2 nömrəli tam orta məktəb öz qapılarını 51 il əvvəl şagirdlərin üzünə açıb. Bu illər ərzində pedaqoji kollektivin gərgin əməyi və birgə səyləri ilə neçə-neçə uğura imza atılıb. Ötən dərs ilində isə məktəb ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.Məktəbin ən böyük uğuru onun yetirmələridir. Abşeronda sayılıb-seçilən nüfuzlu ziyalıların böyük bir hissəsi vaxtilə məhz bu məktəbdə oxuyub. Onların arasında tanınmış alim, mühəndis, müəllim, psixoloq, həkim, iqtisadçı və digər peşə sahibləri də var.

Ədalət Camalova Xırdalan şəhər 2 saylı məktəbə təyinat aldığı gündən məktəbin fəaliyyətində mühüm dönüş yaranıb. Son üç ildə məktəbin ali məktəblərə qəbul üzrə göstəriciləri respublika və rayon göstəricilərindən yüksək olub. 600-dən yuxarı balla tələbə adını qazananların sayı ilbəil artır.

Hazırda məktəbdə  şagirdlərin təlim-tərbiyəsi ilə 370-ə yaxın müəllim məşğul olur. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Məhz qazanılan uğurlarda müəllimlərin də əməyi danılmazdır. Məktəbdə dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bir məsələni də xüsusi qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənclər kimi yetişmələrinə ciddi önəm verirlər.

Məktəbin direktoru Ədalət Camalova deyir ki, dünyanın heç bir ölkəsində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqlarla təchiz edilmir. Təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər Abşeron rayonunda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik. O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. “Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur.

Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.

Prezident İlham Əliyevdən nümunə götürən Ədalət xanım Camalovnın böyüklüyü onun sadəliyində və tələbələrə insani münasibətindədi!

Ədalət xanım Camalov tələbələrə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ədalət xanım Camalova bu vəzifəyə gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu vəzifəyə olmasını istəyiblər…

Ədalət xanım Camalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.