Üç müsəlman ölkəsindən Türkiyəyə qarşı xain plan – Şok anlaşma

666
Üç müsəlman ölkəsindən Türkiyəyə qarşı xain plan – Şok anlaşma

Türkiyənin Liviyaya ordu göndərməsindən narahat olan Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Yunanıstan yeni birlik qurmaq hazırlığına başlayıb.

Xarici KİV xəbərlərinə görə, Türkiyəyə qarşı qurulacaq koalisiya planının icraçısı və müəllifi Misirdir.

Misir mediası 4 ölkə arasında gedən müzakirələrdə gündəmin Liviyaya Türkiyənin hərbi qüvvə göndərməsi olduğunu yazıb.

Bölgədə vəziyyətin kritik hal aldığı vaxt Misir xarici işlər naziri Səmih Şükrü Səudiyyə Ərəbistanına səfər edərək həmkarı Fəysal əl-Səudla görüşüb. Görüşdə Türkiyənin Liviyaya ordu göndərməsinin narahatlıq yaratdığı vurğulanıb.

Məsələ ABŞ-ın Misirdəki səfirliyində keçirilən toplantıda da müzakirə olunub. Misirli rəsmilərin ABŞ səfirliyinə müraciətində “Türkiyənin hərbi müdaxiləsi qorxunc nəticələr verə bilər” ifadəsinə yer verilib.

Yaxın günlərdə Qahirədə Misir, Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr nümayəndələrinin bir araya gələcəyi açıqlanıb. (teleqraf.com)