İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır

675

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır

İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general general Qasım Suleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə hazırlayır.

TASS bildirir ki, belə bəyanatla İranın ali dini Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan CNN televiziya şirkətinin efirində bildirib.

“Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, – deyə o, CNN-ə bildirib.

“Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək”, – İran rəhbərinin məsləhətçisi vurğulayıb.

Bu halda o qeyd edib ki, İranın rəhbərliyi “heç vaxt müharibəyə cəhd etməyib və cəhd etməyəcək”.