Tovuzda boşanma ərəfəsində olan ər arvadı azyaşlı uşağı döyərkən gizli şəkildə videoya çəkib.
“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, ATV-nin “BizimləSən” proqramında nümayiş olunan görüntülərdə ananın çarpayının üstündə körpəsinə şiddət göstərdiyini görürük.
Ata yaxın gəlməyərək kənardan sadəcə “Vurma” deməklə kifayətlənir.
Tovuz rayonunda yaşayan Adil və Gülnar boşanma ərəfəsindədir. Qəyyumluq şöbəsi uşaqların atada qalmasının məqsədəuyğunluğunu təsdiqləyən rəy verib. Uşaqların qəyyumluğunu almaq üçün bir-birinə güzəştə getməyən cütlük hər üsula əl atır. Adil bu görüntülərlə uşaqların qəyyumluğunun ona verilməsi üçün rəy almağa nail olub. Bu rəylə məhkəmə uşaqları anadan ala bilər. Ana isə uşaqları ona verilməyəcəyi təqdirdə özünü öldürəcəyi ilə təhdid edir.