BİA.az Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.
Pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1612,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 28 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.