“Qruplaşmaların varlığı türklərə bəhanə oldu” – Əsəd

720

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya torpağında qanunsuz fəaliyyət göstərir və kürdlərdən bəhanə kimi istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd RT nəşrinə müsahibəsində deyib.

Əsəd Ərdoğanın “Müsəlman qardaşları” ilə bağlı hədəfinə çatmağa çalışdığını söyləyib.

“Bu qruplaşmalar ona Suriyaya hücum üçün bəhanə verdilər. Bu heç də o demək deyil ki, onlar burada qanuni əsaslarla mövcuddur. Ərdoğan burada sözün bütün mənalarında qanunsuz fəaliyyət göstərir. Onun üçün bu bəhanəni təmin ediblər”, – Əsəd bildirib.