Seçkinin yekun nəticəsi açıqlandı -Ukraynada

660

BİA.az Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Ukrayna mətbuatına istinadən xəbər verir ki, MSK prezident seçkilərində səsvermənin nəticələri üzrə məntəqə seçki komissiyalarının protokollarının 100 fazini “emal edib”.

Qeyd olunub ki, seçkilərdə səsvermə hüququ olan 30 milyon 470 min 302 nəfərin 18 milyon 893 min 864 nəfəri iştirak edib.

Yekun nəticəyə görə, şoumen Vladimir Zelenski 5 milyon 714 min 34 səs (seçicilərin 30,24 faizi), hazırkı dövlət başçısı Petro Poroşenko 3 milyon 14 min 609 səs (seçicilərin 15,95 faizi) toplayıb.

“Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkoya isə 2 milyon 532 min 452 nəfər səs (seçicilərin 13,40 faizi) verib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərində ikinci turun keçiriləcəyini açıqlayıb.