Dünyanı 3-cü müharibədən yalnız o xilas edə bilər – Rusiyadan SENSASİON AÇIQLAMA

883

BİA.az “İranla Qərb arasında imzalanan nüvə razılaşmasını yalnız ABŞ xilas edə bilər”.

Bunu Rusiya Parlamenti Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Sədr bildirib ki, 2015-ci ildə imzalanan razılaşmadan ABŞ təktərəfli şəkildə geri çəkilib. Buna görə də İranın atdığı addımlar hüquqa uyğundur: “Nüvə razılaşmasını dağıdan amerikalılar oldu. Sonra avropalılar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdı. ABŞ-ın sanksiyalarından qaça bilmək üçün INSTEX adlı mexanizm işə salındı, amma onun işə yarayıb-yaramayacağı da sual altındadır. Buna görə də top Amerikadadır. Razılaşmanı sadəcə o xilas edə bilər. Burada əhəmiyyətli olan uranın zənginləşdirilməsi deyil, Amerikanın eyni tərzdə davranacağına təminat verməsi təqirində İranın razılaşmadakı məhdudiyyətlərə əməl etməyə siyasi olaraq hazır olub-olmamasıdır”.

Qeyd edək ki, İran və 6 qərb ölkəsi arasında imzalanan nüvə sazişindən 8 may 2018-ci ildə geri çəkilib. Bu da İran hökumtəinin qəzəbinə səbəb olub. Nəticədə İran saziş üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. ABŞ İrandan gələ biləcək hücumlara qarşı körfəz bölgəsinə donanmasını yerləşdirib. Uzun müddətdir ki, aralarında gərginlik davam edən İran və ABŞ arasında hərbi münaqişənin başlanacağı iddialar arasındadır.