Onlar üçün ən təhlükəli yer evləridir

934

BİA.az Türkiyənin “Qadın cinayətlərini durduracağıq” icmasının yaydığı siyahı hər kəsi şoka salıb.

2019-cu ilin bu gününədək 214 qadın cinayətə qurban gedib. Bu qadınları 100-ü ailə üzvləri, 63-nünsə naməlum şəxs tərəfindən qətlə yetirildiyi bildirilib. Əsasən öz evində, küçədəodlu və kəsiçi silahla öldürülən qadınların ilk düşməni həyat yoldaşları, digər ailə üzvlərdir.

İcadan verilən rəsmi məlumata görə əldə etdikləri siyahı dəqiq deyil, amma yenə də artıq həycan təbili çalmağın zamanı gəldiyini sübut edir.

Qeyd edək ki, BMT-nin ötən həftə hazırladığı “Dəişən dünyada ailə” proqramında dünya qadınlarının yüzdə 60-nın ailə problemləri zəminndə qətlə yetirildiyi həqiqətini yayımlayıb. Bu gün ailə daxili şiddət sürətlə artmağa başlayıb. Dilə gətirmək çətin olsa da qadınlar üçün ən təhlükəli yer onların evləridir.