BİA.az
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtın Xəzər rayonunda yerləşən çimərliklərə baxış keçirib.
Departamentin əməkdaşları Zirə və Mərdəkan çimərliyində olub.
Həmin çimərliklərdə bir neçə məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.