İLHAM ƏLİYEV – MİLLİ DİRÇƏLİŞİN RƏHBƏRİ

218

İLHAM ƏLİYEV – MİLLİ DİRÇƏLİŞİN RƏHBƏRİ

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 63 yaşı tamam olması münasibətilə bu gün hər bir azərbaycanlı üçün qürur dolu bir gündür. Cənab Prezident, sizin çoxşaxəli və məqsədyönlü fəaliyyətiniz, xalqımıza və dövlətimizə göstərdiyiniz fədakarlıq hər birimiz üçün nümunədir. Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, ərazi bütövlüyünü bərpa edərək tarixinin ən şanlı səhifələrindən birini yazmışdır.

Prezident İlham Əliyev dövlətimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin gücləndirilməsi istiqamətində yorulmadan çalışır. Onun liderliyi ilə Azərbaycanın iqtisadiyyatı dayanıqlı inkişaf etmiş, sosial sahələrdə mühüm uğurlar əldə edilmişdir. Həyata keçirilən islahatlar, xüsusilə şəhid ailələrinə, qazilərə və aztəminatlı təbəqələrə göstərilən qayğı və dəstək xalqın Prezidentə olan inamını daha da artırmışdır.

Vətən müharibəsində qazandığımız tarixi zəfər Azərbaycan xalqının iradəsinin, Azərbaycan Ordusunun gücünün və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir. Azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Sizin uzaqgörən siyasətinizin və Azərbaycan xalqına olan sadiqliyinizin bariz nümunəsidir.

Cənab Prezident, Sizin xarici siyasətdə qazandığınız uğurlar, Azərbaycanın beynəlxalq nüfuzunun artması və dünya dövlətləri ilə qurulan strateji tərəfdaşlıqlar ölkəmizin inkişafı üçün geniş perspektivlər açmışdır. Azərbaycan bu gün dünya miqyasında güclü və etibarlı tərəfdaş kimi tanınır və bu uğurlar məhz Sizin liderliyiniz sayəsində mümkün olmuşdur.

Sizin fəaliyyətiniz təkcə Azərbaycanın bu günü üçün deyil, həm də gələcək nəsillər üçün möhkəm təməl yaradır. Bu gün Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşmişdir və Sizinlə birlikdə daha böyük nailiyyətlərə imza atmağa hazırdır.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı çatdırırıq. Uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni uğurlar diləyirik. Azərbaycan xalqı Sizinlə fəxr edir və Sizə olan dərin inamını hər zaman qoruyacaq. Doğum gününüz mübarək, cənab Prezident!

Elnur Allahverdiyev

Millət Məclisin Deputatı