MÜƏLLİM ÖMRÜ HƏMİŞƏ ÖMÜRLƏRƏ NUR VERİR

998

MÜƏLLİM ÖMRÜ HƏMİŞƏ ÖMÜRLƏRƏ NUR VERİR

Elmdən gözəl, şərəfli yol yoxdur və ancaq o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmadan onun daşlı-kəsəkli cığırları ilə dırmansın.

Təhsil millətin gələcəyi, inkişaf strategiyasıdır. Lakin təhsilimizin hərtərəfli inkişaf etdirilməsi, məktəblərdə şagird formalaşdırıb, vətəndaş yetişdirmək isə maarifpərvər insanların, o cümlədən, müəllimlərin üzərinə düşür.

Tələbələrini Heydər Əliyev nümunəsində tərbiyə edən müəllim, xalqımızın öz tarixi boyu yetirdiyi ömrü və fəaliyyəti bütöv nəsillərə örnək olan çoxlu şəxsiyyətlər olub. Onların hər birinin simasından neçə-neçə nəsillər tərbiyyə və bilik alıblar. Belə şəxsiyyətlərin simasında Ümummilli liderimiz Heydər Əliyevin adı öndə gedir. Məktəbdə tərbiyyə prosesindən geniş istifadə etmək, tələbələrini onun nümunəsində tərbiyə etmək pedoqoqlarımızın müqəddəs borcudur.

Müəllim ömrü yanar şama bənzəyir.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki,

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.

Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən hər bir müəllim bundan zövq alır, mənən gəncləşirlər.

Haqqında qürurla, fəxrlə danışmaq istədiyim sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ata, çox səmimi insan, dürüst, mədəni, saf əqidə sahibi olan müəllimlərdən biri də ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədovdur.

Müəllimlik müqəddəsdir, peşələrin alisidir. Bu müqəddəsliyin hər an mükəmməl daşıyıcısı olmaq, böyük hünər tələb edir. Misgər müəllim bu ağır yükü özçiyinlərində layiqiincə daşımağı bacarır. Çünki, təkcə tələbələrini  deyil, valideynləri, bütün pedoqoqları və eləcə də, ünsiyyətdə olan hər kəsi heyran edən səmimiyyətə, qibtə doğuracaq təmkinə sahibdir. Əsil Azərbaycan kişisinə məxsus ağır davranışı, sakit danışığı ilə, yaddaqalandır.

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan sadə, təvazökar pedoqoji kollektivin, hər bir tələbənin dilini ayrı-ayrılıqda tuta bilir. Burada fəaliyyət göstərən hər bir müəllim yüksək biliyə, hərtərəfli təcrübəli istedada malikdir. Tələbələrini çox sevən, onların xoşbəxt gələcəyini hər şeydən üstün tutan Misgər Məmmədova və məktəbin bütün pedoqoji kollektivinə çətin və şərəfli peşəsində uğurlar arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyir,  öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan, indi onların hər birinin qəlbində bir ülvilik mücəssəməsinə çevrilən Misgər müəllimə möhkəm cansağlığı və çətin və məsuliyyət tələb edən sevimli peşəsində daim yorulmazlıq, səbr arzulayırıq.

İnanırıq  ki, həm kollektivi, həm də tələbələri ilə nümunəvi davranışı, yüksək əxlaqi və insani keyfiyyətləri ilə daim sevilən və seçilən Misgər müəllimi qarşıda daha böyük uğurlar, nailiyyətlər gözləyir. Şərəfli və gərəkli ömür yolunda daha da  möhkəm  dəyanət və əzmkarlıq arzulayıram.

 

Şahmar Zərdabi

Baş redaktor