Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ÜNVANLAR – SİYAHI
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları belədir:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Şah Abbas məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi.
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
“Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər”, – QMİ-nin açıqlamasında bildirilib.
Qeyd edək ki, Miladi təqvimi ilə iyulun 19-da Məhərrəm ayının ilk günüdür. Aşura günü isə iyulun 28-nə təsadüf edir.