Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdirinin birgə əməliyyatı

162

Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdirinin birgə əməliyyatı

Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb. Lakin bu zahiri abadlığın arxasında qaranlıq proseslər gedir. Belə ki bu günə qədər abadlıq işlərini aparan şirkətlər və iş adamları büdcədən ayrılmış vəsaiti ala bilməyiblər. Məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.

Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil. Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İllərlə Adil Xudadatov vasitəsilə iş adamlarını aldadan icra başçısı indi də digər müavini-Gündüz Aydın oğlu Əliyevi dövriyyəyə salıb. Maraqlıdır ki, Z.Fərəcov ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi” kimi tanınan Gündüz Əliyevin parlamasına hər zaman xüsusi diqqət ayırıb.
Bununla bağlı bildirir ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi çalışıb. Mətbuatda yazılanlara görə, həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb. Eyni zamanda Gündüz Əliyevin məhz Sumqayıtda bulvarın tikintisi üçün ayrıla 3,7 milyon manatla icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da tikdirdiyi də yayılan məlumatlar arasındadır.
Mediada bildirilir ki, G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına özünə obyekt inşa etdirib. Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik City” mərkəzi ən öndə gedənidir.
İddialara görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib. Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib. Bu gün isə G.Əliyev icra başçısına başqa bir xidmət göstərməklə mövqelərini möhkəmləndirmək niyyətindədir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını qorumaq xatirinə prezidenti aldatmaqdır.
Bu arada Sumqayıt şəhər İcra Hakimiyyətində icra başçısı Zakir Fərəcovla ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyev arasında ciddi narazılıq yaranıb. Buna səbəb başçının planının baş tutmaması, şöbə müdirinin isə istəyinə çatmamasıdır. Belə ki, ötən həftə Sumqayıt İcra Hakimiyyəti başçısının müavinlərindən birinin yerinə təyinat olub. Fərəcovun israrlı xahişlərinə baxmayaraq, Prezident Administrasiyası başqa birini həmin posta təyin edib. Fərid Ələkbərovun təyinatı ötən həftə verilsə də, hələ də işə çıxmayıb. İddialara görə, Fərəcov yeni müavinini kollektivə təqdim etməməsi səbəbindən yeni müavin kabinetini hələ görməyib. Lakin baş verən qalmaqal və narazılıq təkcə bununla bitmir. Etibarlı mənbə bildirir ki, hazırda İcra Hakimiyyətində əsas narazılıq Gündüz Əliyevlə Zakir Fərəcov arasında yaşanır. Həmin məlumata görə, bir ildir müavin səlahiyyətlərini icra edən, habelə həmin posta gətiriləcəyinə əmin olan Gündüz Əliyev, tam əks vəziyyətlə üzləşib. Mənbə deyir ki, Zakir Fərəcov Gündüz Əliyevi tam əmin edibmiş ki, müavin postuna gətiriləcək: “Bu barədə vədlərdən biri də o olub ki, Fərəcov yuxarı instansiyalarla razılaşdırdığını da deyib. Üstəlik bildirib ki, Sumqayıtın yeni icra başçısı da məhz Gündüz Əliyev olacaq. İndi icra başçısı məsələsi bir kənara, G. Əliyev heç müavin də ola bilməyib”.
İddialara görə, müavinliyə yeni təyinatdan xəbər tutan G. Əliyev icra hakimiyyətinə gələrək, Zakir Fərəcovla görüşüb. Yenə həmin iddialara görə, Əliyev, Fərəcovla çox ağır tonda danışıb və məsələni belə qoymayacağını bildirib: “İş o həddə çatıb ki, Gündüz Əliyev hirsini cilovlaya bilməyib və icra başçısını ağır formada ittiham edib”.
Maraqlı məqamlardan biri odur ki, Sumqayıtda bir çoxları bu hadisəni “Fərəcovun zümrüd əməliyyatı baş tutmadı” kimi təqdim edirlər. Zümrüdün məsələyə nə kimi aidiyyatı olmasını deyə bilməsək də, G. Əliyevin müavin postuna gətirilməsi üçün yaxın adamlarından borc aldığına dair məlumatlar var. Bəzi iddialara görə, söhbət 500 min manatdan gedir. Güman edilir ki, ya G. Əliyev yaxınlarından və tabeçiliyində olanlardan müavin olmaq adı altında pul toplayıb. Ya da Zakir Fərəcovla aralarında hansısa bir sövdələşmə səbəbindən ortaya belə məlumatlar çıxıb. Hazırda G. Əliyevin işə çıxmadığı deyilir. Bildirilir ki, o, Fərid Ələkbərovun təyinatından sonra işə çıxmayacağını bildirib.

Mənbə: Cumhuriyyet.net