Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının uğurları ildən-ilə artır

394

Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının uğurları ildən-ilə artır

Bu gün təhsil sahəsində xüsusi xidmətləri ilə seçilən Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva barəsində bəhs edəcəyik.

Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva ləyaqət nümunəsi məktəbəqədər təhsil müəssisəsinin rəhbərlərindən biridir. Sənəm Hacıyeva vəzifəsini vicdanla yerinə yetirən biridir.

Bəri başdan deyirik ki, Sənəm müəllimə təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Sənəm müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva rəhbər olduğu bağçada bir rəhbər kimi yox, bağçada fəaliyyət göstərən müəllimlərə, fidanlara və valideynlərə bir doğma insan kimi davranmağını, onların problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin işə davamiyyətinin yüksək səviyyədə təmin edərək, körpələrlə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva təhsil ocağını müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır. Yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib. 

Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Sənəm Hacıyevanın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, Xəzər rayonu 144 saylı körpələr evi-uşaq bağçasının müdiri Sənəm Hacıyeva şəhid ailələri, vətən müharibəsi əlilləri və kimsəsizlərin problemləri ilə daim maraqlanır, onların həllində birbaşa iştirak edir.

Bütün bunlar təsdiq edir ki, Prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iyirmi illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.

Biz redaksiya olaraq Sənəm Hacıyevaya işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan körpələrimizin  savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk.

 

Şahmar Zərdabi

Baş redaktor